İspaniya klubları üçün həyəcan təbili: vergilər artırılır

Sportarena.az      20 Oktyabr 2018, 15:24

İspaniya hökuməti böyük məbləğdə əmək haqqı alan şəxslərdən daha çox pul tutulması ilə bağlı vergi islahatına hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, La Liqanın prezidenti Xavyer Tebas bu dəyişikliyin İspaniya klublarının top-futbolçuları heyətə qatmalarına ciddi mənfi təsir göstərəcəyi ilə bağlı narahatlığını ifadə edib. Tebasın fikrincə, bu cür tədbirlər klublara illik, ümumilikdə, 80 milyon avroya başa gələcək. Üstəlik, La Liqa top-oyunçularını itirəcək.

 

Hazırda klublara yeni müqavilələrin rəsmiləşməsi zamanı güzəştli vergi tətbiq olunur. Buna rəğmən, son vaxtlar Lionel Messi, Kriştianu Ronaldu, Marselo, Di Mariya kimi futbolçular vergidən yayınmaqdan ittiham olunaraq məhkəmə önünə çıxarılıblar. Məhz bu cür hallar İspaniya hökumətini vergi islahatı aparmağa sövq edir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin