Buffon: "Onun “qızıl top”a layiq olduğunu deyə bilərik"

Sportarena.az      20 Oktyabr 2018, 16:04

PSJ-nin qapıçısı Canluici Buffon "qızıl top” mükafatı haqqında danışıb.

 

Unikal.org Fransa mətbuatına istinadən xəbər verir ki, 40 yaşlı qolkiper Paris təmsilçisinin gənc futbolçusu Kilian Mbappenin bu mükafatı qazanmağa layiq olduğunu deyib: "Mbappe bir fenomendir. Səviyyəsinə, meydanda etdiklərinə və dünya çempionatındakı həlledici roluna baxsaq, onun "qızıl top”a layiq olduğunu deyə bilərik. Mbappe ən yaxşı şəkildə çalışmağa davam etsə, həvəsini itirməsə, uzun müddət dünyanın ən yaxşısı ola bilər”.

 

İtaliyalı qolkiper Mbappenin fərqi bir istedada malik olduğunu vurğulayıb: "İtaliyada onu Françesko Totti və Del Pyero ilə müqayisə edirlər. Lakin Mbappe karyeramda gördüyüm nadir istedadlardan biridir”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin