"Vorskla"nın hücumçusu: "Qarabağ"ı təhlil etməmişik"

Sportarena.az      20 Oktyabr 2018, 18:18

"Arsenal"la oyunda əsl azarkeşlər gördük. Onlar "Emireyts"də möhtəşəm atmosfer yaratmışdılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan “Vorskla”nın hücumçusu Mixail Serqiyçuk deyib. Ukraynalı futbolçu oktyabrın 25-də Bakıda “Qarabağ”la keçirəcəkləri oyun barədə düşüncələrini bölüşüb. Sergiyçuk “Qarabağ”la oyunlarda 6 xal qazanmaq realdımı” sualına belə cavab verib: “Qarabağ”la oyunlarda nəyə qadir olduğumuzu oktyabrın 25-də biləcəyik. Hələlik onlar haqda nəsə deyə bilmərəm. Çünki rəqibin oyununu təhlil etməmişik. Yalnız Avropa Liqasındakı matçlarının icmalını izləmişik”.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu oktyabrın 25-i, saat 20:55-də başlayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin