Klopp Millətlər Liqasını yenə tənqid etdi

Sportarena.az      20 Oktyabr 2018, 17:45

"Liverpul"un baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqası ilə bağlı növbəti açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasında "Haddersfild"lə matç öncəsi Millətlər Liqası turniri ilə bağlı bundan əvvəl dediklərini xatırladılmasından sonra deyib: "Operaya hər gecə, yoxsa iki aydan bir getmək istəyərsiniz? Ya da Entoni Coşuanın boks matçını hər gecə görmək istəyərsiniz? Bu, heç bir idman növündə mümkün deyil. Rəqabəti mən də sevirəm, amma bir nöqtədə bəzilərin geri addım atmağı lazımdır. Futbolçuların da insan olduğunu unutmamalıyıq. Millətlər Liqası gözəl fikirdir, amma bunu başqa idmanda tətbiq edin. Futbolda bu turnirə ayıracaq zaman yoxdur".

 

Qeyd edək ki, Klopp bundan əvvəl Millətlər Liqasını "ən mənasız turnir” adlandırmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin