Bordin: "Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq"

19:57 20 Oktyabr 2018

ldquo;Qəbələ”yə səfərdə 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin baş məşqçisi Roberto Bordin mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb.

 

- “Qəbələ”ni təbrik edirəm. Təəssüf ki, hesab açılmamışdan imkanları qaçırdıq. Acınacaqlıdı ki, rəqib bizi əks-hücumlarda yaxalamağı bacardı. Bu məğlubiyyətdən nəticə çıxarmalıyıq.

 

- Dario və Dabo meydanda görünmədilər. Bunun səbəbini nədə görürsünüz?
- İlk yarıda normal oynadılar. Sadəcə, Dario və Dabo yox, ümumiyyətlə, bütün komanda üzvləri üzərlərində çalışmalı və artırmalıdı.

 

- Fasilə zamanı niyə yoxlama oyunu keçirmədiniz ki , komanda tonusdan düşməsin?
- Kifayət qədər oyunçumuz milli komandaya dəvət almışdılar. Bu üzdən də yalnız mix-matç keçirdik.

 

- Nəticə və “Qəbələ”nin sərgilədiyi futbol sizin üçün sürpriz olmadı? Oyunçularınızda arxayınçılıq hiss etmədiniz?
- Rəqib kompakt müdafiə olundu. Bizi əks-hücumda yaxaladılar. Bu cür oyun gözləyirdik.

 

- Rəşad Eyyubov komandanızın ən zəif bəndi idi. Onu əvəzləməkdə yubandınız. Bu fikirlə razısınız?
- Rəşadın zəif oynadığını hesab etmirəm. Bəlkə də oyun praktikası az idi. Bununla yanaşı, Rəşaddan razı qaldım. Zəif cəhətlərimiz ondan ibarət oldu ki, hücumlar zamanı individual mübarizələrdən qalib ayrıla bilmirdik. Uduzmuşuqsa, komandamız uduzub. (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti