Məhəmməd Məmmədli Avropa çempionu oldu

15:32 21 Oktyabr 2018

Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

 

Sportarena.az xəbər verir ki, 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər. Onlardan daha biri – Məhəmməd Məmmədli yaşı 23-ə qədər olan gənclərin 62 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub və tarixi uğura imza atıb.Atletimiz birdən qaldırma hərəkətində 121 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb. Məhəmməd təkanla qaldırma hərəkətində 150 kq-ı qaldıraraq bu hərəkətdə qızıl medala sahib çıxıb.

 

Məhəmməd Məmmədli toplam 271 kq (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi adını qazanıb.


Digər xəbərlər

Xəbər xətti