“Qarabağ”ın rəqibi Bakı səfəri öncəsi məğlub oldu

11:29 21 Oktyabr 2018

Futbol üzrə Ukrayna Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən olan “Vorskla” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1. Ağdam klubunun rəqibi 12 oyundan sonra 18 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

 

“Qarabağ” “Vorskla”ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda, cavab görüşünü isə noyabrın 8-də səfərdə keçirəcək.


Digər xəbərlər

Xəbər xətti