Elşad Əhmədov: "Bu oyuna fərqli hazırlaşmışdıq"

19:24 21 Oktyabr 2018

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer  Liqasının VIII turunda "Sumqayıt"a səfərdə 1:0 hesabıyla qlaib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Oyunun gərgin keçəcəyini gözləyirdik. Rəqib hardasa ikinci hissədə bizi üstələdi. Hərçənd, azlıqda oynayırdı. Nazim Süleymanov yaxşı komanda qurub. Futbolçularımız xarakter, mübarizlik göstərdilər və qələbə çaldılar. Buna görə onları təbrik edirəm. 

 

- Rəqibin üstünlüyü 60-cı dəqiqədən sonra özünü göstərdi. Komandada yorğunluq vardı, hərəkətsizlik vardı. Bu, nəylə bağlı idi?

- Sport24.az-dan həmkarınız qarşılaşmadan öncə məndən soruşmuşdu ki, futbolçularınız revanşa görə özlərini yandıra billərlər. Yetirmələrimdə bu, həyəcan vardı ki, qol buraxmasınlar. 

 

- Aldığınız 4 sarı vərəqə də bunun nəticəsi idi?

- Bu da revanş hisyslə bağlı oldu. Çox sarı vərəqə aldıq.

 

- Vurğun Hüseynov olmasaydı, "Sumqayıt" daha üstü oynayardı. Bunu düşündünüzmü?

- Elə düşünmürəm. 11-11-ə oynasaydıq, futbolçularımız daha maraqlı oynayırdılar. 

 

- Bəxtiyar Soltanov ötən mövsüm "Xəzər"də I divizionda komandanızın kapitanı, lideri idi. Ancaq indi sonradan meydana girir, qaça bilmir. Doğrudanmı, çempionatlara arasında səviyyə fərqi belə böyükdü, yoxsa problem futbolçudadı?

- Bu iki liqa arasında səviyyə fərqi həqiqətən böyükdü. Bəxtiyarı özüm tanıya bilmədim ki, bir neçə epiozdda Yusif Nəbiyevi necə üstələyə bilmədi. Halbuki, Soltanov sürətli futbolçudu, bundan faydala bilmədi.


Digər xəbərlər

Xəbər xətti