Marko Deviç: "Oyunun qırılma nöqtəsi "Sumqayıt"ın qırmızı vərəqə alması oldu"

10:15 22 Oktyabr 2018

"Sabah"ın futbolçusu Marko Deviç Sportarena.az-a müsahibə verib.

 

Oyunla bağlı nə deyə bilərsən?

"Məncə, Oyunun qırılma nöqtəsi "Sumqayıt"ın futbolçusunun qırmızı vərəqə alması oldu. Rəqibin azlıqda qalması bizə daha çox qol vəziyyəti yaratmağa kömək etdi. Onlardan birindən yararlandıq. Miloş Bosançiçi komandamızda ilk qolunu vurması və bizə qələbə qazandırmasına görə təbrik edirəm".

 

Sportarena.az xəbər verir ki, bunu "Səbail"in futbolçusu Marko Deviç Azərbaycan Premyer Liqasının VIII turunda "Sumqayıt" üzərində 1:0 hesablı qələbədən sonra deyib.

 

Vurğun Hüseynov qırmızı vərəqə almazdan bir neçə dəqiqə öncə sizi tutdu və aranızda mübahisə oldu. Növbəti epizodda sizə qarşı kobudluğa görə meydandan qovulması psixoloji baxımdan ona qarşı təzyiq göstərməyinizlə bağlıdır? Yəni, onu özündən çıxartdığınızı söyləmək olar?

- Məncə, bu, oyun səhvi idi. Həmin epizodda vəziyyəti "oxudum" və üzərinə getdim. Nəticədə qapıçı ilə üzbəüz qalmamağım üçün qaydanı pozdu.

 

Hazırda 5 qolla bombardirlik yarışında lidersiniz. Amma 4 oyundur qol  vurmursunuz. Fərqlənə bilməməyinizi artıq rəqiblərin sizi ciddiyə alması iıə əlaqələndirmək olar?

- Bütün epizodlardan maksimum istifadə etməyə çalışıram. Bu gün qələbə qazanmağımız sevindirir. Yəqin ki, qollar da gələcək. Önə baxmaq lazımdır. Təcrübə əsasən deyə bilərəm ki, daha çox işləmək lazımdır. "Sabah" Premyer Liqada yenidir. Komanda hələ yeni formalaşır.

 

Şəxsi hədəfiniz bombardir olmaqdır?

- Məqsəd komandanın daha yaxşı çıxış etməsi və mümkün qədər üst pillələrdə yer almasıdır. Qollarımı davam etdirsəm, yaxşı olar. Vura bilməsəm, qorxulu heç nə yoxdur.

 

Ancaq "Sabah"ın fəaliyyətinin 3 ili tamam olmadığı üçün komanda avrokubokda iştirak edə bilməz. Belə olan halda, 3 və ya 7-ci yeri tutmağınızın nə fərqi var?

- Önəmi var. Hər oyun, bizim hər bir davranışımız klubun imicin formalaşdırır. 4-cü və ya 5-ci olmaq fərqli şeylərdir.

 

"Sabah"la bu ilin yayında 2 illik müqavilə bağlamısınız. Növbəti mövsümdə də bu komandada çıxış etmək istəyirsiniz?

- Bəli, növbəti mövsüm üçün də müqaviləm var. Futbolçu bu gün buradadır, sabah başqa yerdə. Necə olacağını görəcəyik. Sirr deyil ki, özümü burada yaxşı hiss edirəm və oynamaqdan zövq alıram.


Digər xəbərlər

Xəbər xətti