"Şahdağ"ın baş məşqçisi hakimlə dalaşdı, meydana polis girdi - VİDEO

11:11 22 Oktyabr 2018

Region Liqasında "FC Baku"- "Şahdağ" qarşılaşmasının birinci hissəsində qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, hakimin qərarına etiraz edən "Şahdağ"ın baş məşqçisi Kamran Əlibabayev onun ünvanına təhqir və söyüşlər səsləndirib. Bununla kifayətlənməyən baş məşqçi meydana daxil olaraq, hakimə etirazını sərt şəkildə bildirib. Elə bu məqamda "FC Baku" azarkeşləri ilə "Şahdağ"ın futbolçuları arasında dava düşüb. Dava bir qədər sakitləşən vaxt yenidən Kamran Əlibabayev meydana daxil olub. Hakimin onu qovmağını "Şahdağ"ın futbolçuları "həzm edə" bilməyib və hakimə qarşı fiziki təzyiq göstərməyə başlayıblar. Bu durumda meydançaya polislər daxil olub və baş məşqçini kənarlaşdırıblar.

 

Matçın AFFA nümayəndəsinin müdaxiləsindən sonra baş məşqçi sakitləşib. Qeyd edək ki, ilk hissədə "Şahdağ"ın 3 futbolçusu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.

Premyer.az


Digər xəbərlər

Xəbər xətti