Turalla Kamran oynadı, “Yonava”…

11:53 22 Oktyabr 2018

Futbol üzrə Litva çempionatında 24-cü turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” doğma meydanda lider “Suduva” ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Kamranla Tural da bu görüşün iştirakçısı olub. Tural start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. Kamran isə 82-ci dəqiqədə meydana buraxılıb.

 

Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti