Premyer Liqada 100-cü oyun

Sportarena.az      22 Oktyabr 2018, 13:01

Topaz Premyer Liqasının 8-ci turunun “Keşlə” ilə səfər qarşılaşması “Zirə” üçün əlamətdar olub. 

 

Sportarena.az xəbər verir ki, “qartallar” Premyer Liqada 100-cü matçını keçirib. Azərbaycan çempionatının yüksək dəstəsində 2015/16 mövsümündə debüt edən komanda indiyədək 100 görüşə çıxıb. İndiyədək 40 qələbə qazanan “Zirə” 29 heç-heçə edib və 31 dəfə uduzub. Rəqib qapılarından 110 top keçirən zirəli futbolçular 98 qol buraxıb. 2015/16 mövsümündə 36, 2016/17 və 2017/18 mövsümlərinin hərəsində 28 qarşılaşmaya çıxan “Zirə” cari çempionatın startınadək 92 matçda qüvvəsini sınamışdı. “Keşlə” ilə səfər matçı Premyer Liqadakı 4-cü mövsümün 8-ci oyunu olub.

 

100 görüşdən 50-ni evdə keçirən komanda səfərdə 50-ci dəfə meydana çıxıb. “Zirə” rəqib meydanlarında 14 qələbə qazanıb, 16 heç-heçə edib və 20 dəfə uduzub. Bu matçlarda top fərqi 43-47-di.  Evdəki 50 oyunda isə 26 qələbəsi olan komanda 13 heç-heçə edib və 11 dəfə uduzub. 67 qol vuran meydan sahibləri 51 top buraxıb.

 

Qeyd edək ki, “Zirə” Premyer Liqada ilk matçını 2015-ci il avqustun 9-da AZAL-a qarşı keçirib və ev oyununda 1:0 hesabı ilə qalib gəlib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin