Azərbaycan millisi Tokio-2020-nin iki təsnifat mərhələsində iştirak edə bilər

Sportarena.az      22 Oktyabr 2018, 13:41

Voleybolçu qadınlar arasında Olimpiya Oyunlarının təsnifat proqramı açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) rəsmi saytı bu barədə qeyd edib. Məlumata görə, Tokio-2020-də iştirak edəcək komandaların adları iki təsnifat turnirindən sonra bəlli olacaq. Yaponiya meydan sahibi kimi olimpiadaya vəsiqə qazandığına görə, bu yarışlarda 11 komanda Yaponiya ilə eyni hüquqa sahib çıxacaq. FİVB-in rəsmi saytında yerləşdirilmiş reqlamentə əsasən, Azərbaycan millisi hər iki yarışda çıxış etmək şansına malikdir. Belə ki, gələn il yanvarda baş tutacaq ilk turnirdə dünya reytinqində yer alan ilk 24 komanda 6 qrupda mübarizə aparacaq. Hazırda 33 xalla 24-cü pillədə olan yığmamızın yarışda iştirak etmək şansı var. Bu mərhələdə yalnız qrup qalibləri Olimpiadaya vəsiqə qazanacaqlar.

 

Bundan sonra keçiriləcək ikinci təsnifat turnirində daha 5 komandanın adı bəlli olacaq. Bu mərhələ 2020-ci ildə qitələr üzrə baş tutacaq.

 

Tokio-2020, birinci təsnifat mərhələsi

A qrupu

1-ci yer, 12-ci yer, 13-cü yer, 24-cü yer

B qrupu

2-ci yer, 11-ci yer, 14-cü yer, 23-cü yer

C qrupu

3-cü yer, 10-cu yer, 15-ci yer, 22-ci yer,

D qrupu

4-cü yer, 9-cu yer, 16-cı yer, 21-ci yer

F qrupu

5-ci yer, 8-ci yer, 17-ci yer, 20-ci yer

E qrupu

6-cı yer, 7-ci yer, 18-ci yer, 19-cu yer

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin