Əliyar Ağayev Avroliqa matçına təyinat aldı

13:20 22 Oktyabr 2018

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer” (Leverkuzen, Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.

 

Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.


Digər xəbərlər

Xəbər xətti