Əsgərovdan daha bir qol, komandasından darmadağın

13:59 22 Oktyabr 2018

Futbol üzrə Latviya Birinci Liqasında 22-ci turun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Tukums” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0. Vüqar da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 69-cu dəqiqədə əvəzlənib. Komandasının bu oyunda vurduğu qollardan birinə də Vüqar imza atıb. O, 20-ci dəqiqədə rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Bununla da Əsgərov cari mövsümdə vurduğu qolların sayını 28-ə çatdırıb.

 

“Dauqavpils” 22 turdan sonra 58 xalla 12 kollektiv arasında birinci pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti