Nəbiyev dubla imza atdı, “Slaviya”…

10:56 23 Oktyabr 2018

Çexiyanın futbol üzrə gənclər liqasında 12-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Viktoriya” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının qollarından ikisinə məhz Fərid imza atıb. O, 15 və 34-cü dəqiqələrdə fərqlənib.

 

“Slaviya”nın U-21 komandası hazırda 11 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti