"Qəbələ" Moldovaya getdi

13:43 23 Oktyabr 2018

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası Moldovaya yollanıb.

 

Sportarena.az xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun I mərhələsinin oktyabrın 24-də keçiriləcək “Şerif”lə cavab oyunundan iki gün öncə Tiraspola çatıb.

 

Emin İmaməliyevin baş məşqçisi olduğu komanda qarşılaşmadan bir gün əvvəl oyunöncəsi son məşqini gerçəkləşdirəcək. Hazırlıq prosesi matçın keçiriləcəyi “Şerif” stadionunun kiçik arenasında olacaq. “Qəbələ”nin məşqi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti