Qurbanov 48, Bordin 32 pillə gerilədi

14:45 23 Oktyabr 2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 511-ci pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 48 pillə geriləyib. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 510-cu pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 32 pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

 


Digər xəbərlər

Xəbər xətti