Kasilyas ən yaxşıları açıqladı

22:54 23 Oktyabr 2018

"Portu"da çıxış edən əfsanəvi ispan qolkiper İker Kaislyas dünyanın ən yaxşı qapıçılarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı əlcək sahibi "Barselona"nın qapıçısı Mark-andre Ter Şteqenlə "Atletiko"nun qolkiperi Yan Oblakı tərifləyib: "Düzgün danışmaq lazımdırsa, hazırda dünyanın ən yaxşı qapıçıları Ter Şteqenlə Yan Oblakdır".

 

Qeyd edək ki, "Portu" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Kasilyas karyerasını bitirəcəyini açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti