Xordi Alba: "Messi meydanda olanda özümüzü yaxşı hiss edirik"

14:42 24 Oktyabr 2018

“Heç bir futbolçu Messini əvəz edə bilməz. O, komandaya çox şey verir. Həmişə hamı gözləyir ki, Messi “Barselona”nın müsbət nəticə qazanmasını təmin edəcək”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Xordi Alba Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda “İnter”lə keçiriləcək oyunöncəsi təşkil edilən mətbuat konfransında deyib. Kataloniya klubunun kapitanı Lionel Messi zədə səbəbindən bugünkü görüşü buraxacaq. Alba argentinalı hücumçunun yoxluğunda çətinlik çəkəcəklərini bildirib:  “Messi bütüb digər oyunçulardan fərqlənir. Onun meydanda olması komandaya əminlik verir. Leo meydanda olanda özümüzü yaxşı hiss edirik. Çətin olsa da, düşünürəm ki, qələbə bizim olacaq”.

 

Qeyd edək ki, bugün keçiriləcək "Barselona" - "İnter"  matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti