"Qarabağ"ın rəqibində yeni müqavilə

18:49 24 Oktyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın "Sportinq" klubu argentinalı futbolçusu Markos Akunya ilə müqaviləni yeniləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi "Twitter" hesabında məlumat yazılıb. 26 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2023-cü ilədək uzadılıb.  Qeyd edək ki, Akunya "Sportinq"ə 2017-ci ilin iyununda Argentinanın "Rasinq" klubundan transfer olunub.

 

Xatırladaq ki, Avropa Liqasının E qrupunda yer alan "Sportinq" "Qarabağ”la ilk turda üz-üzə gəlib. Lissabonda keçirilmiş görüş "ağ-yaşıllar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar. 


Xəbər xətti