“Beşiktaş” 4 futbolçusu ilə yolları ayırır

22:52 24 Oktyabr 2018

Türkiyənin “Beşiktaş” klubu 4 futbolçusu ilə yolarını ayırmağa hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi Vagner Lav, Kayl Larin, Enzo Roko və Adriano Korreanın satışından gəlir əldə etməyi planlaşdırır.  Yeni mövsümdə hələlik istədiyi nəticəni qazana bilməyən “ağ-qaralar" yaxşı təklif gələcəyi halda Rikardo Kuarejmanı da komandadan göndərəcək. 

 

Qeyd edək ki, “Beşiktaş” Türkiyə Superliqasında 9 turdan sonra 15 xalla 5-ci pillədə qərarlaşıb.


Xəbər xətti