Elita təmsilçisindən yubiley qolu

13:20 25 Oktyabr 2018

Ardıcıl üçüncü mövsümdü ki, futsal üzrə Yüksək Liqada çıxış edən “Yasamal” FK üçün cari mövsümün 6-cı turu əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, çempionatda böyükhesablı qələbə qazanan komanda Yüksək Liqada 200-cü qolunu vurub. Belə ki, Saeid Əmininin “Yasamal” İSK-nın qapısından keçirdiyi 2-ci qol yubileyin qeydə alınmasına səbəb olub. 2016-17-ci il mövsümündə 113 qol vuran bu komanda ötən çempionatda rəqib torunu 72 dəfə silkələmişdi. 

 

Hazırkı çempionatda isə komandanın aktivində 29 qol var. Bununla da “Yasamal” FK-nın 46 oyunda vurduğu qolların sayı 214-ə çatıb.


Digər xəbərlər

Xəbər xətti