“Kəpəz” “Turan Tovuz”a məğlub oldu

21:30 25 Oktyabr 2018

Bu gün futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd görüş baş tutub. Qərb derbisi sayılan “Kəpəz” - “Turan Tovuz” matçında qonaqlar inamlı qələbəyə seviniblər. “Şüvəlan” da səfərdə “Qaradağ Lökbatan”a eyni hesabla (3:1) qalib gəlib. “Zaqatala” evdə “Sumqayıt”ın əvəzedicilərindən üstün olub.

 

“Neftçi” və “Səbail”in əvəzedicilərinin duelində isə qalib müəyyənləşməyib.

 

Birinci Divizion
8-ci tur
25 oktyabr

 

Zaqatala - Sumqayıt-2 3:1
Hakimlər: Sərxan İsmayılov, Knyaz Əmiraslanov, Səbuhi Əmrahov, Kamranbəy Rəhimov.
Zaqatala şəhər stadionu.

 

Qaradağ Lökbatan - Şüvəlan 1:3
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Elxan Əsgərzadə, Samir Hüseynov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu.

 

Kəpəz - Turan Tovuz 1:3
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Teymur Teymurov, Nahid Xasıyev.
Gəncə şəhər stadionu.

 

Neftçi-2 - Səbail-2 1:1
Hakimlər: Elgün Hüseynov, Elşad Abdullayev, Rəşadət Cəfərov, Kərim Kərimov.
“ASK Arena”.

 

Turun digər oyunları:

26 oktyabr
Keşlə-2 - Qarabağ-2
MOİK - Ağsu

29 oktyabr
Sabah-2 - Zirə-2


Digər xəbərlər

Xəbər xətti