"Arsenal"dan qələbə, "Fənərbaxça"dan xal itkisi, "Beşiktaş" uduzdu

01:53 26 Oktyabr 2018

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, E qrupunda yer alan "Qarabağ" Bakı Olimpiya Stadionunda Ukrayna "Vorskla"sı ilə üz-üzə gəlib və minimal hesabla məğlub olub. “Köhlən atlar”ın qrupdakı rəqibləri - Portuqaliya "Sportinq"i evdə "Arsenal"la qarşılaşıb. Bu oyunda da London təmsilçisi minimal hesabla üstün olub.

 

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" səfərdə Çexiya "Yablonets"i ilə münasibətlərə aydınlıq gətirib. İki qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.

 

Türkiyənin turnirdəki təmsilçilərindən "Beşiktaş" doğma meydanda Belçika "Genk"ini qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib. "Fənərbaxça" isə səfərdə eyni ölkənin digər təmsilçisi - "Anderlext"lə qarşılaşmada heç-heçəyə nail olub. Türkiyə kubokunun qalibi kimi Avropa Liqasında iştirak edən "Akhisarspor" isə "Sevilya"sının qonağı olub və biabırçı məğlubiyyətlə üzləşib.

 

Gecənin ən gözlənilməz nəticələrindən biri də İtaliyada qeydə alınıb. "Milan" doğma meydanda "Betis"ə məğlub olub. 

 

Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
25 oktyabr

 

A qrupu

 

AEK (Larnaka, Kipr) - Ludoqorets (Bolqarıstan) 1:1
Qol: Larena, 25-pen - Lukoki, 7.

 

Sürix (İsveçrə) - Bayer (Leverkuzen, Almaniya) 3:2
Qol: Markesano, 44. Domqyoni, 59. Odey, 78 - Bellarabi, 49; 53.

 

B qrupu

 

Leyptsiq (Almaniya) - Seltik (Şotlandiya) 2:0
Qol: Kunya, 31. Bruma, 35.

 

Zaltsburq (Avstriya) - Rusenborq (Norveç) 3:0
Qol: Dabbur, 34; 59-pen. Volf, 53.

 

C qrupu

 

Kopenhagen (Danimarka) - Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Matuşek, 46.

 

Zenit (Rusiya) - Bordo (Fransa) 2:1
Qol: Dzyuba, 40. Kuzyayev, 85 - Briand, 26.

 

D qrupu

 

Anderlext (Belçika) - Fənərbaxça (Türkiyə) 2:2
Qol: Bakkali, 35; 50 - Frey, 53. H.A.Kaldırım, 57.

 

Spartak (Trnava, Slovakiya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2
Qol: Qorbani, 32 - Qavranoviç, 64. Orsiç, 77.

 

E qrupu

 

Qarabağ (Azərbaycan) - Vorskla (Poltava, Ukrayna) 0:1
Qol: Kulaç, 48.

 

Sportinq (Lissabon, Portuqaliya) - Arsenal (İngiltərə) 0:1
Qol: Uelbek, 78.

 

F qrupu

 

Milan (İtaliya) - Betis (İspaniya) 1:2
Qol: Kutrone, 83 - Sanabria, 30. Lo Selso, 54.

 

Düdelanj (Lüksemburq) - Olimpiakos (Yunanıstan) 0:2
Qol: Torosidis, 66. Fortunis, 81.

 

G qrupu

 

Reyncers (Şotlandiya) - Spartak (Moskva, Rusiya) 0:0

 

Vilyarreal (İspaniya) - Rapid (Vyana, Avstriya) 5:0
Qol: Fornals, 26. Ekambi, 30. Baraç, 45-öz qapısına. Raba, 63. Moreno, 85.

 

H qrupu

 

Ayntraxt (Almaniya) - Apollon (Kipr) 2:0
Qol: Kostiç, 13. Haller, 32.

 

Marsel (Fransa) - Latsio (İtaliya) 1:3
Qol: Payet, 86 - Uolles, 10. Kaysedo, 59. Marusiç, 90.

 

I qrupu

 

Beşiktaş (Türkiyə) - Genk (Belçika) 2:4
Qol: V.Lav, 74; 86 - Samata, 23; 70. Ndonqala, 81. Pyotrovski, 83.

 

Sarpsporq (Norveç) - Malmö (İsveç) 1:1
Qol: Halvorsen, 87 - Vindheym, 79.

 

J qrupu

 

Sevilya (İspaniya) - Akhisarspor (Türkiyə) 6:0
Qol: Mesa, 7. Sarabiya, 9-pen. Lukaç, 35-öz qapısına. Muriel, 50. Promes, 60. Merkado, 67.

 

Standard (Lyej, Belçika) - Krasnodar (Rusiya) 2:1
Qol: Emond, 47. Laifis, 90 - Ari, 39.

 

K qrupu

 

Yablonets (Çexiya) - Astana (Qazaxıstan) 1:1
Qol: Povazaneç, 4 - P.Enrike, 11.

 

Renn (Fransa) - Dinamo (Kiyev, Ukrayna) 1:2
Qol: Qrenye, 40 - Kedziora, 21. Buyalski, 89.

 

L qrupu

 

Çelsi (İngiltərə) - BATE (Belarus) 3:1
Qol: Loftus-Çik, 2; 8; 54 - Rios, 79.

 

PAOK (Yunanıstan) - Videoton (Macarıstan) 0:2
Qol: Huşti, 12. Stopira, 45.


Xəbər xətti