Əliyar Ağayevin idarə etdiyi oyunda 5 qol - VİDEO

11:18 26 Oktyabr 2018

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin A qrupunda keçirilən “Sürix” (İsveçrə) – “Bayer” (Almaniya) qarşılaşmasını idarə edib.

 

Sportarena.az xəbər verir ki, meydan sahibləri 3-2 hesablı qələbə qazanıb. Ağayev bu matçda 4 sarı vərəqə göstərib. O, iki dəfə meydan sahibi, iki dəfə qonaq komandanı cəzalandırıb.

 

Qeyd edək ki, bu oyunda Əliyarın briqadasında Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov, Rəhim Həsənov və Mübariz Haşımov, yer alıb.


Digər xəbərlər

Xəbər xətti