Yığma komandada baş məşqçi istefası

17:28 26 Oktyabr 2018

Futbol üzrə Yunanıstan millisinin baş məşqçisi Mixael Skibbe istefaya göndərilib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Yunanıstan Futbol Federasiyası məlumat yayıb. Yeni baş məşqçinin adının yaxın günlərdə açıqlanacağı gözlənilir. 53 yaşlı mütəxəssis 2015-ci ilin oktyabr ayından bu komandanın “sükanı arxasında” çalışırdı. Alman məşqçinin rəhbərliyi altında Yunanıstan millisi 27 oyun keçirib və 11 qələbə qazanıb.

 

Skibbe məşqçilik karyerası ərzində “Qalatasaray”, “Bayer”, “Herta” kimi klublarda çalışıb.


Digər xəbərlər

Xəbər xətti