Daha bir ulduz futbolçu karyerasını bitirir

19:44 26 Oktyabr 2018

Hollandiya millisinin sabiq üzvü Robin Van Persi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, hazırda “Feyenoord”da çıxış edən 35 yaşlı hücumçu Hollandiya mətbuatına verdiyi açıqlamada mövsümün sonunda futbolla vidalaşacağını deyib: “Hazırda 35 yaşım var. Mövsümün sonunda karyeramı bitirməyi düşünürəm. 18 ildir ki, peşəkar futbolla məşğulam. “Feyenoord"a qayıtmazdan əvvəl futbol artıq mənə sevinc bəxş etmirdi. Amma Hollandiyada o hisslər yenidən qayıtdı. 

 

Qeyd edək ki, Van Persi 2001-2004-cü illərdə “Feyenoord”da çıxış edib. O, “Arsenal”, “Mançester Yunayted” və “Fənərbaxça”nın da şərəfini qoruyub. 102 dəfə Hollandiya millisinin formasını geyinən futbolçu 50 qola imza atıb.


Xəbər xətti