Avroliqada həftənin ən yaxşı futbolçusu məlum oldu - FOTO

14:25 27 Oktyabr 2018

Futbol üzrə Avropa Liqasında 3-cü turun ən yaxşı futbolçusunun adı açıqlanıb.

 

Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik bu həftənin ən yaxşı oyunçusu adına layiq görülüb. Loftus-Çik azarkeşlərin səsverməsinə əsasən, Munas Dabbur (“Zalsburq”, Avstriya) Covanni Lo Çelso (“Betis”, İspaniya) və Mixael Frayı (“Fənərbaxça”, Türkiyə) geridə qoyub.

 

Loftus-Çik “Çelsi”nin BATE-ni 3:1 hesabı ilə məğlub etdiyi oyunda het-trikə imza atıb.


Digər xəbərlər

Xəbər xətti