Abduləzimova Macarıstanda növbəti qələbəsini qazanıb

14:20 28 Oktyabr 2018

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan çempionatında növbəti oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli blokçumuzun formasını geyindiyi "Vasas Obuda" səfərdə "BRSE" klubu ilə qarşılaşıb. Oyun gərginliyi ilə yadda qalıb. 4 hissə davam edən görüşdə Ayşən və rəfiqələri 3:1 (25:22, 25:22, 30:32, 26:24) hesablı qələbə qazanıblar.

 

"Vasas"ın 3 xal qazandığı oyunda millimizin üzvü 16 dəfə fərqlənib. Blokçumuz bu xallardan 9-nu hücumda, 7-ni blokda qazanıb.

 


Xəbər xətti