Poqba İtaliyaya qayıdır?

17:40 28 Oktyabr 2018

Mançester Yunayted”də Joze Mourinyo ilə yola getməyən Pol Poqba karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, Yuventus” keçmiş futbolçusunu geri qaytarmaq istəyir. Hətta Turin klubunun yanvar ayında franslı yarımmüdafiəçini icarəyə götürəcəyi, yayda isə 70 milyon avroya birdəfəlik transfer edəcəyi bildirilir.

 

İddiaya görə, əgər məbləğ “Mançester Yunayted”i razı salmasa, “Yuventus” cinah müdafiıçisi Sandro Vaqneri də ingilis klubuna təklif edəcək. Poqba “Mançester Yunayted”ə 2016-cı ildə məhz “Yuventus”dan keçib.


Xəbər xətti