"Barselona" "Real"ı 5 qolla məğlub etdi - VİDEO

00:15 29 Oktyabr 2018

İspaniya La Liqasında 10-cu turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, turun mərkəzi oyununda "Barselona" "Real"ı qəbul edib. "El-Klasiko"da meydan sahibləri madridliləri 5-1 hesabı ilə darmadağın edib.

 

La Liqada turnir cədvəlinə 21 xalla "Barselona" başçılıq edir. "Atletiko" 19 xalla 2-ci, "Espanyol" 18 xalla 3-cü, "Alaves" 17 xalla 4-cüdür. 14 xalı olan "Real" 9-cu pillədə qərarlaşıb.

 

"Barselona" 5-1 "Real"

Qollar: Koutinyo, 11, Luis Suares 30 (pen.), 75, 83, Arturo Vidal, 87 - Marselo, 50


Xəbər xətti