“Neftçi” fanatlarının tələbi: “Qurban, Mirini milliyə çağır" - VİDEO

13:00 29 Oktyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasının 9-cu turunun mərkəzi oyununda - “Neftçi” - “Qarabağ” matçında maraqlı anlar yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Neftçi” fanatları qonaq komandanın, eləcə də Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun ünvanına şüarlar səsləndiriblər. Belə ki, onlar milliyə dəvət olunmayan “ağ-qaralar”ın gənc hücumçusu Mirabdulla Abbasovun əsas komandaya çağırılmamasına etiraz bildiriblər. Azarkeşlər “Qurban, Mirini milliyə çağır” şüarını səsləndiriblər.

 

Bu şüarlar Mirabdullanın qarşılaşmanın 25-ci dəqiqəsində vurduğu qoldan sonraya təsadüf edib. Maraqlıdı ki, “Neftçi”nin ilk qolu zamanı da məhz onun fəallığı nəticəsində rəqib futbolçu Abbas Hüseynov avtoqola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti