Dario Frederiko: “Bu oyun Azərbaycanın “el klasiko”sudu”

14:58 29 Oktyabr 2018

“Neftçi”nin futbolçusu Dario Frederiko Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, o, oyundan sonra klubun rəsmi saytına açıqlamasında "Neftçi” – "Qarabağ” qarşılaşmalarını "Azərbaycanın "el klasiko”su adlandırıb. Braziliyalı yarımüdafiəçi qələbə münasibətilə "Neftçi” camiəsini təbrik edib:

 

"Bu, 6 xallıq oyun idi. Rəqib ən yaxın izləyicimizdi və bir pillə aşağıda qərarlaşıb. Yəni qalib gəlməklə, xal fərqini artıracağımızı anlayırdıq. Buna görə də oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik. Həm də deyərdim ki, bu, Azərbaycanın "el klasiko”sudu. Rəqibin gücünə, futbolçularının fərdi keyfiyyətinə bələd idik. Məşqçilərimiz həftəboyu rəqibin zəif nöqtələrini düzgün analiz etmiş, bunu bizə düzgün çatdırmışdılar. Biz də çalışdıq ki, baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirək. Çox şadam ki, bu bizdə yaxşı alındı və istədiyimiz nəticəni əldə edə bildik. Qələbə münasibətilə azarkeşlərimizi, bütün "Neftçi” camiəsini təbrik edirəm. Artıq sabahdan növbəti oyun haqda düşünməliyik”.

 


Xəbər xətti