80-ci səfər qolu

18:13 29 Oktyabr 2018

Tellur Mütəllimovun Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah”la görüşündə vurduğu top “Zirə”nin tarixində 80-ci səfər qolu olub.

 

Sportarena.az xəbər verir ki, “qartallar”ın 1:2 hesabı ilə uduzduğu matçadək “Zirə” rəqib meydanında keçirdiyi 73 matçda 79 dəfə fərqlənmişdi. Yubiley qolu 74-cü görüşə təsadüf edib.

 

“Qartallar”ın səfərdəki məhsuldarlığı 1,08-ə bərabərdir. Komanda bu topları 4 müxtəlif turnirdə vurub. “Zirə” Premyer Liqada 44, 1-ci divizionda 27, Azərbaycan kubokunda 6, UEFA Avropa Liqasında 3 səfər qoluna imza atıb.


Digər xəbərlər

Xəbər xətti