Mövsümün rekordu təkrarlandı

19:39 29 Oktyabr 2018

Futbol üzrə Azərbaycan Premyer Liqasında məhsuldarlıq rekordu təkrarlanıb.

 

Sportarena.az xəbər verir ki, 9-cu turun 4 görüşündə qapılara 14 top vurulub. Orta məhsuldarlıq 3,50-yə bərabər olub. Bu, mövsümün ən yüksək göstəricisidir. 2-ci turda da eyni sayda – 14 qol qeydə alınmışdı.

 

Qeyd edək ki, 9-cu turda meydana çıxan bütün komandalar qol sevinci yaşayıb. “Sabah” “Zirə”ni, “Səbail” “Keşlə”ni eyni – 2:1, “Neftçi” isə “Qarabağ”ı 3:1 hesabı ilə məğlub edibsə, “Sumqayıt” – “Qəbələ” görüşündə tərəflər hərəyə 2 dəfə fərqlənib.


Xəbər xətti