Nəbiyevin komandası 4 cavabsız qola üzüldü

14:21 30 Oktyabr 2018

Çexiyanın futbol üzrə gənclər liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” da növbəti matçına çıxıb.  Sözügedən kollektiv doğma meydanda “Mlada Boleslav” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:4. Nəbiyev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Slaviya”nın U-21 komandası hazırda 11 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb.


Xəbər xətti