Nağıyevin komandası 3 xalı 6 cavabsız qolla qazandı

14:42 30 Oktyabr 2018

Futbol üzrə Litva çempionatında 29-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Stumbras” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Atlantas” ilə qarşılaşıb. Nağıyevin komandası bu görüşdən qələbə ilə ayrılıb - 6:0. Dmitri bu matçın iştirakçısı olmayıb. O, qarşılaşmanın sonunadək ehtiyatda qalıb.

 

“Stumbras” hazırda 48 xalla 8 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

 


Digər xəbərlər

Xəbər xətti