Dele Alli müqaviləni uzatdı

18:18 30 Oktyabr 2018

İngiltərə Premyer Liqasında mübarizə aparan "Tottenhem" klubunda yeni müqavilə reallaşıb.

 

Sportarena.az xəbər verir ki, London klubu yarımmüdafiəçisi Dele Alli ilə müqavilə müddətini uzadıb. 22 yaşlı futbolçu "Tottenhem"lə 2024-cü ilə qədər yeni müqavilə imzalayıb.

 

Qeyd edək ki, Dele Alli 2015-ci ildə İngiltərənin aşağı liqasında çıxış edən "Milton Keyns Dons" klubundan transfer edilib. O, paytaxt klubunda 153 oyuna 48 qol vurub.

 


Xəbər xətti