AFFA Mustafazadənin qırmızı vərəqəsini ləğv etdi

16:33 30 Oktyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

“Sumqayıt” - “Qəbələ” matçında “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə, 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadəyə göstərilən qırmızı vərəqə ləğv olunub.

 

Oyunun hakiminin ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırması Hakimlər Departamentinə tapşırılıb.

 

“Səbail” - “Keşlə” matçının 49-cu dəqiqəsində “Səbail”in futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Neftçi” - “Qarabağ” matçında “Neftçi”nin 5, “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti