AFFA-nın futbolsuz qoyduğu Tağızadə Moskvada nə işlə məşğuldur?

10:34 31 Oktyabr 2018

Premyer-liqada komanda sayının azalması, birinci divizonda isə limitlə bağlı yaranmış çətinlik bir çox futbolçuların klubsuz qalması ilə nəticələnib. Bəziləri fərdi məşqlə kifayətlənir, kimlərsə futbolun “daşını atmağı” qərara aldı, elələri də var ki, formada qalmaq üçün Region Liqasında top dalınca qaçır. 


Sportarena.az xəbər verir ki, vaxtilə “Sumqayıt”, AZAL, “Qəbələ” kimi klubların şərəfini qorumuş, aşağı yaş qruplarından ibarət yığmaların formasını geymiş Ruslan Tağızadədən səs-soraq yoxdu.

 

Yaxınlarından əldə etdiyimiz məlumata görə, futbolçu karyerasını başa vuran Tağızadə hazırda Rusiyada başqa işlə məşğuldu. Deyilənə görə, yaşadığı şəhərin həvəskarlardan ibarət komandasının heyətində hansısa yarışda da iştirak edir. Ruslanla söhbətdə eşitdiklərimizə aydınlıq gətirməsini istədik: “Neçə vaxtdı Moskvadayam. O vaxtdan burda müəyyən işlər qurmuşduq, indi həmin işdəyəm. Açığı, oynamaq istəyirdim, amma təklif olmadı deyə bura gəlməli oldum. Yanvarda yenidən komanda axtaracam. Tapa bilsəm, karyeramı davam etdirəcəm. Görsəm ki, alınmır, karyeramı bitirəcəm. Ondan sonra görək necə olur. Yəqin ki, burdakı işimlə məşğul olacam”. ("Futbol plus" qəzeti)

 


Digər xəbərlər

Xəbər xətti