Kavani "Napoli"yə qayıdır

13:42 31 Oktyabr 2018

PSJ-nin futbolçusu Edinson Kavani “Napoli”yə qayıda bilər.

 

Sportarena.az xəbər verir ki, Neapol təmsilçisinin nümayəndələri uruqvaylı hücumçu ilə ilk görüşünü keçirib. Danışığın uğurlu alındığı bildirilir. 31 yaşlı forvardın ailəsi hələ də Neapolda yaşayır. Bu səbəbdən futbolçu İtaliyaya qayıtmaq istəyir.

 

Qeyd edək ki, Kavani 2010-2013-cü illərdə “Napoli”də çıxış edib. 


Digər xəbərlər

Xəbər xətti