Arşavinə iki oyunluq cəza

16:45 31 Oktyabr 2018

Qazaxıstan Futbol Federasiyası "Kayrat"ın futbolçusu Andrey Arşavini iki oyunluq cəzalandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb 37 yaşlı futbolçunun Premyer Liqanın 31-ci turunda "İrtış"la  oyunda rəqib futbolçunu vurması olub. Rusiya millisinin sabiq üzvü matçın 86-cı dəqiqəsində rəqibinin ayağına vuraraq onu yerə yıxıb.

 

Qeyd edək ki, bu görüşdə "Kayrat" "İrtış"a 0:1 hesabı ilə uduzub.


Xəbər xətti