Tanınmış futbolçudan hamilə qadına qarşı əxlaqsızlıq

16:24 31 Oktyabr 2018

"Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Trent Aleksandr Arnoldun DÇ-2018 ərəfəsində 7 aylıq hamilə qadına göndərdiyi mesajlar ortaya çıxıb.

 

Sportarena.az xəbər verir ki, ingilis xanım azarkeş 20 yaşlı futbolçuya mesaj göndərərək, "7 aylıq hamiləyəm, həyat yoldaşım "Liverpul” azarkeşidir və ən çox sevdiyi futbolçu sənsən. Ona mesaj göndərə bilsən, çox sevinər” yazıb. Arnold hamilə qadına belə cavab verib:

 

"Hamilə xanımıyla birlikdə olsam, həyat yoldaşın xoşbəxt olarmı? Onun həyat yoldaşıyla birlikdə ola bilərəm?”

 

Futbolçunun sözlərindən məyus olan qadının "Təbii ki, xeyr. Mən həyat yoldaşıma sadiqəm. Belə mesaj yazdığın üçün özünü pis hiss etmirsən?” sualına futbolçunun verdiyi cavab hər kəsi təəccübləndirib: "Yox. Bir çox qadınla mesajlaşıram. Amma onların arasında hamilə olan təkcə sənsən”.


Digər xəbərlər

Xəbər xətti