"Beşiktaş" Kariusdan narazıdır: geri qaytarır

20:49 31 Oktyabr 2018

"Beşiktaş" bir müddət öncə "Liverpul"dan icarəyə götürdüyü Loris Kariusu geri qaytara bilər.

 

Sportarena.az xəbər verir ki, klub rəhbərliyi almaniyalı qolkiperin çıxışından narazıdır. Məhz bu səbəbdən İstanbul təmsilçisi Kariusla müqaviləni vaxtından əvvəl pozmaq istəyir. "Qara qartallar" əvəzində isə "Liverpul"dan Divok Oricini icarəyə götürmək niyyətindədir. 

 

Qeyd edək ki, Kariusun "Beşiktaş"la icarə müqaviləsinin müddəti 2 illikdir.

 


Digər xəbərlər

Xəbər xətti