Qurban Qurbanov: "Belə hallar çox başımıza gəlib"

21:31 31 Oktyabr 2018

Topaz Premyer Liqasının VII turunda təxirə salınmış oyunu keçirilib. “Qarabağ” komandası səfərdə “Keşlə”nin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam təmsilçisinin baş məqşçisi mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

 

“Qələbə üçün gəlmişdik. Təəssüf ki, alınmadı. Oyun planımızda müəyyən dəyişiklik etdik. Ancaq bəzi çətinliklərimiz oldu. Maksim və Gerye zədəli olduğundan heyətdə yox idi. Hər şeyə rəğmən futbolçular pis oynamadı. Tərlan Əhmədova uğurlar arzulayıram

 

-Zədəli oyunçuların vəziyyəti nə yerdədir ?

Aqolli “Vorskla” ilə oyuna çatmayacaq. Maksim Medvedev isə dəqiq bilinmir.  Gerye isə “Vorskla” ilə oyuna hazır olacaq. O, sabahdan fərdi məşqlərə başlayacaq.

 

– Oyunun bəlli sonlarında Jezniçakla Rəşad Sadıqov yerlərini dəyişdirdilər. Bu, Rəşadın etdiyi səhvlərə görə idi ?

-Təbii ki, yox. Rəşadı daha da qabağa getməsi üçün bu addımı etdik. Heç bir səhvə görə yox. Hər ikisi də normal oyun oynadı.

 

-Hər oyundan sonra yorğunluqdan şikayətlənirsiniz. Bu yorğunluğun öhdəsindəın necə gələcəksiniz ?

-Neçə illərdir bu komandadayam. Belə hallar çox başımıza gəlib. Ancaq hər zaman bunun öhdəsindən gəlmişik. Bütün nəticələrdən dərs çıxardaraq, düzgün analiz edərək bunun öhdəsindən gələcəyik. Biz təcrübəli komandayıq. Bu sıx qrafikə alışmalıyıq. Yorğun da olsaq meydanda qalib gəlməliyik.

 

-Tərlan Əhmədov hər zaman 5 -li müdafiə ilə oynayırdı.Bu gün isə bu addımı atmadı.Bu, sizin üçün sürpriz oldu ?

-Açığı, gözlənilməz olmadı. 5-li müdafiədə oynayacaqlarını gözləyərdim. Ancaq ümumən belə komandalara qarşı çox oynamışıq. Bizim üçün gözlənilməz deyil. Əsas biz öz oyunumuzu tapmalıyıq.

 


Digər xəbərlər

Xəbər xətti