Nağıyevin komandası “Jalgiris”lə bacarmadı

13:20 1 Noyabr 2018

Futbol üzrə Litva çempionatında 30-cu turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Stumbras” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə ikinci pillədə qərarlaşmış “Jalgiris”lə qarşılaşıb. Nağıyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.

 

Dmitri bu matçın iştirakçısı olmayıb. Onun adı bu qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. “Stumbras” hazırda 48 xalla 8 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.


Xəbər xətti