“Qarabağ”ın rəqibindən Azərbaycana jest - FOTO

13:41 1 Noyabr 2018

İngiltərənin “Arsenal” klubu “Blackpool” ilə  “Emirates” stadionunda keçirilən oyun zamanı Azərbaycanda fəaliyyət göstərən rəsmi fan klubunun embleminin üzərində dövlət bayrağımız olan afişanı yerləşdirib. 

 

Sportarena.az xəbər verir ki, artıq ölkəmizdə “Arsenal”ın rəsmi fan klubu 2016-cı ildən fəaliyyətə başlayıb. 

 

Klub fan klubun fəaliyyətini yaxından izləyir. Sıx əməkdaşlıq qurmaqda maraqlıdır. Oktyabrın 4-də “Qarabağ”-“Arsenal” oyun öncəsi klubun televiziyası “AFTV MEDİA” fan klubun üzvlərindən geniş reportaj hazırlayaraq ingilis izləyəcilərinə təqdim edib.


Xəbər xətti