“Qarabağ”ın oyunları ilə bağlı dəyişiklik edildi

14:44 1 Noyabr 2018

“Qarabağ” klubu Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, müraciətdə ev oyunlarının keçirildiyi “Azərsun Arena”nın işıqlandırma sistemində nasazlıqlar yarandığına və təmirə ehtiyac duyulduğuna görə “Qarabağ” və “Qarabağ-2” komandalarının növbəti matçlarının yerinin dəyişdirilməsi xahiş olunub. 

 

Mövcud vəziyyəti araşdıran Peşəkar Futbol Liqası “Qarabağ” klubunun ev oyunları ilə bağlı aşağıdakı qərarları qəbul edib: 

 

Birinci Divizionun 9-cu turunun “Qarabağ-2” – MOİK qarşılaşması 2 noyabr tarixindən 3 noyabr tarixinə keçirilsin. Görüş “Azersun Arena” oynanılsın.

 

Topaz Premyer Liqasının 10-cu turunun “Qarabağ” - “Sumqayıt” görüşü Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

 


Digər xəbərlər

Xəbər xətti