Neymar yenə məhkəmə qarşısında: 6 ilə qədər həbs oluna bilər

17:49 1 Noyabr 2018

PSJ-nin futbolçusu Neymarı məhkəmə çəkişməsi gözləyir.

 

Sportarena.az xəbər verir ki, Neymarın "Santos"dan "Barselona"ya keçidi zamanı yol verilən qanun pozuntuları uzun müddətdir ki, gündəmdən düşmür. Bu işə məhkəmədə bir neçə dəfə baxılıb. Məlumata görə, məhkəmə məsələ ilə bağlı yeni araşdırmaya başlayıb. Neymar hələ 2018-ci ilin əvvəlində bununla bağlı məhkəmədə ifadə verib. Futbolçu dələduzluqda ittiham olunub. Onun, "Santos"dan "Barselona"ya keçərkən, sənədləşmə işlərində fırıldağa əl atdığı iddia olunur.

 

Bu dəfə Neymarın işinə cinayət işləri üzrə palatada üç hakimin iştirakı ilə baxılacaq. Futbolçunun günahı sübuta yetirilərsə, onu 2 ildən 6 ilə qədər həbs cəzası gözləyir. Məsələ ilə bağlı məhkəməyə şikayət ərizəsini DİS investisiya fondu təqdim edib. Bu fond Neymarın transfer hüquqlarının bir hissəsinə sahib olub. Fond əməkdaşları iddia edirlər ki, Neymar "Barselona"ya daha yüksək məbləğ transfer edilsə də, sənədlərdə aşağı məbləğ göstərilib. Buna görə də, fondun Neymarın transferindən gələn gəliri az olub.

 


Digər xəbərlər

Xəbər xətti